“ QAÇQIN ”A NİFRƏTLƏ BAXANLARA...

2013-08-24 09:52:00
“ QAÇQIN ”A  NİFRƏTLƏ  BAXANLARA... |  görsel 1

Müharibə nədir, qaçqınlıq nədir, bilirsən? Bilirsənmi ki, hər gecə başını yastığa qoyanda rahat yata bilməmək, nədir? Ölmüş anasının buz kimi əllərindən yapışıb zülüm- zülüm isti göz yaşı tökən həmyaşıdını görüb ananın ətəklərindən yapışdınmı sən? Sən heç müharibəyə gedən atan tez qayıtsın deyə hər gecə qapının dabanına bıçaq sancıb oturub pəncərədə gözləmək nədir bilirsən? Yaşıdların həyət-bacada top oynayanda həyat səni top əvəzinə o bucaq, bu bucağa atıb oynatdımı heç? Rütubət divarlar arasında, tavanından su daman hücrələrdə uşaq oldunmu, böyüdünmü sən? Atandan, qardaşından utandığın üçün bir otağın içində neçə il paltarlı yatıb durdun? Bir balaca otağın olsun deyə neçə yaşıdına həsəd apardın? Bunları bilməyənlər lütfən sussunlar. Belə durumlarda sükut hüzurvericidir çünki. 20 ildir kollektiv, sürü halında bir otaqda beş nəfər yaşayan ailələrin əlbətdəki bu hökümətdən bir şeylər istəməyə haqqı vardır. Neftdən gələn gəlirlərin göyə sovurulduğu, milyardlıq otellərin ucaldıldığı, məmur balalarının meydanda at oynatdığı bu məmləkətdə torpağını, evini, malını-mülkünü, balasını, anasını, uşaqlığını, sağlamlığını hər şeyini itirən “qaçqın” dediyiniz bu insanların evlilik çağında olan oğlu üçün ev istəməsi istehza ilə qarşılanmamalıdır. Məcburi köçkünlər üçün salınan şəhərciklərdə qaçqınlara bir otağı artıq olan evləri pul ilə satan məmurlara tuşlamalısınız bu istehza dolu sözlərinizi. Onları mühakimə etmək lazımdır, adam kimi yaşamaq üçün bir ev artıq istəyən məcburi köçkünü yox. 20 ildir bağça, məktəb köşələrində, tələbə yataqxanalarında ömürləri bitən insanlar normal insan kimi yaşama... Devamı

ƏN SON QARABAĞLI...

2013-08-22 19:41:00
ƏN SON QARABAĞLI... |  görsel 1

  Bu günlərdə evdəki təmirlə bağlı ustadan o qədər işi birdən istədim ki, sakitcə alətlərini yığışdırdı:    - Xanım, siz ağdamlı ustalara müraciət edin. Düzdür, baha işləyirlər, amma bizim burda indi-indi gördüklərimizi onlar eeeeeeeeeeeee, o vaxt orda görüb gəliblər deyə hər şeydən başları çıxır...    Və getdi...    Haralı olduğumu bilməyən ustanın sağ əlini başının üstündən qolu çatana qədər yuxarı uzadıb, nəfəsi çatana qədər dediyi “eeeeeeeeee”si, “o vaxt, orda”sı divarlardan asılı qaldı...    Damarlı, kobud əlini uzatdıqca üzündə dartılan cizgiləri deyirdi ki, “qolum çatsa əlimlə tavanı deşib Allaha qədər uzadaram”...    Arıq, bir dəri-bir sümük boğazı gərildikcə damarları deyirdi ki, “nəfəsim çatsa “eeeeeeeeeeeee”ləri Allah eşidənə qədər uzadaram”...    Əllərini nə şimala, nə cənuba, nə şərqə, nə qərbə... düz Allaha tərəf uzatdı. Adı üstündə: Ruhlar şəhəri!    “Eeeeeeeeeeeee, o vaxt orda”...    Amma mən bu gün kimi xatırlayıram. Səs indi də qulaqlarımdadı:    - Gözünü yum və mən aç deməyincə açma! Açma, açma, açma, açma, açma, aç!    Qaranlıq, içi paltarla dolu şkafın içində dizlərimi qarnıma yığıb sakitcə oturmuşam. Qaranlıq qorxumu tapılacağımın əminliyi dağıdır. Bilirəm ki, məni axtarırlar. Unutmayıblar...    Və... orada gizləndiyimi hamı bilirdi...    Onlardan da, özümdən də qaçanda, gizlənəndə, dərslərim qəliz olanda, tapşırıqları çözə bilməyəndə, çıxılmaz vəziyyətə düşəndə, həyəcanımı kiminləsə paylaşmağa utananda.... Devamı

ÇALIKUŞU

2013-08-01 20:42:00

FİLM ÜÇÜN BƏSTƏLƏNMİŞ MUSİQİLƏRİN İSƏ ÖZGƏ LƏZZƏTİ VAR. ONLARI DİNLƏMƏKDƏN BEZMİRSƏN. Devamı

RƏŞAD NURİ GÜNTƏKİN - Çalıkuşu soundtrack fon müziği

2013-08-01 20:23:00

RƏŞAD NURİ GÜNTƏKİN NƏİNKİ MƏNİM, BÜTÜN DÜNYA XALQLARININ SEVİMLİ YAZIÇISIDIR. MƏN, BU MÖHTƏŞƏM YAZIÇININ "ÇALI QUŞU" ƏSƏRİNİ ORTA MƏKTƏBDƏ DƏRS ALAN İLLƏRDƏ DƏFƏLƏRLƏ OXUMUŞAM. BU ƏSƏRİN MOTİVLƏRİ ƏSASINDA ÇƏKİLMİŞ FİLMİ GÖRƏNDƏ İSƏ ÇOX SEVİNMİŞƏM VƏ ONUN BÜTÜN BÖLÜMLƏRİNİ ACGÖZLÜKLƏ SEYR ETMİŞƏM. FİLM ÜÇÜN BƏSTƏLƏNMİŞ MUSİQİLƏRİN İSƏ ÖZGƏ LƏZZƏTİ VAR. ONLARI DİNLƏMƏKDƏN BEZMİRSƏN. Devamı

ARİF BABAYEV - AZƏRBAYCANIN XALQ ARTİSTİ

2013-07-29 15:53:00

http://realazerbaijanadilile.blogcu.com/arif-babayev-az-rbaycanin-xalq-artisti/13912844 ARİF BABAYEV - AZƏRBAYCANIN DÜNYA ŞÖHRƏTLİ XANƏNDƏSİ.   Devamı

RƏHMƏTLİK MEHDİ BABAMIN AT İLXILARININ TÖRƏMƏSİ.

2013-07-29 15:38:00

http://realistadilaz.blogcu.com/r-hm-tlik-mehdi-babamin-at-ilxilarinin-tor-m-si/13380842 VAR-DÖVLƏTİ BOLŞEVİK HÖKUMƏTİ TƏRƏFİNDƏN ƏLİNDƏN ALINMIŞ RƏHMƏTLİK MEHDİ BABAMIN AT İLXILARININ TÖRƏMƏSİ. Devamı

QARABAĞIN DAYAĞI AĞDAMa AİD MARAQLI FAKTLAR...

2013-07-23 22:12:00
QARABAĞIN DAYAĞI AĞDAMa AİD MARAQLI FAKTLAR... |  görsel 1

  Azərbaycan tarixində mühüm rol oynayan Qaraqoyunlu sülaləsinin banisi Baharlı tayfasından olan Bayram Xoca olub. Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. "Baharlı" еtnik tеrmininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf еdilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C. Malkolma görə, "Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş" əslən Şamlıların bir qoludur.   1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsündə ilk olan şəxslərdən biri də ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (1864-1919)-general-mayor omub.Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlib. İlk təhsilini Gəncədəki progimnaziyada alıb. On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olub və oranı 1885- ci ildə müvəffəqiyyətlə bitiribdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunur.   Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülür və ona kavaler kimi fəхri ad verilir. 1900-cü ildə isə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunur.   Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisi təyin olunmuşdur.   Süleyman bəy Əfəndiyev yalnız hərbçi de... Devamı

Kim bilir - Eyyub Yagubov

2013-07-04 09:10:00

HEÇ KİM BİLMİR...YAMANCA YORULMUŞAM MƏN. Devamı

Atatürk'ün o röportajı 90 yıl sonra yayınlandı!

2013-07-04 18:31:00
Atatürk'ün o röportajı 90 yıl sonra yayınlandı! |  görsel 1

  Avusturya gazetesi Die Presse, Mustafa Kemal Atatürk ile 23 Eylül 1923'te yaptığı röportajı 90 yıl sonra tekrar yayımladı. Çanakkale Savaşı’nın gerçek görüntüleri! İlk kez izleyeceksiniz! ATATÜRK’ÜN BİLİNMEYEN FOTOĞRAFLARI FOTO  Die Presse’nin o dönemki Türkiye muhabiri Hans Josef Lazar tarafından yapılan röportaj, gazetenin 165’inci kuruluş yıldönümü vesilesiyle internet sitesinde yayımlandı. İşte Türkiye Cumhuriyeti’nin kurulmasından yaklaşık bir ay önce yapılan o röportaj: 1923: “Yüzyıllardır düşmanlarımız biz Türklere karşı kin duyguları besliyorlar” Ankara’ya gönderdiğimiz özel muhabirimiz Josef Hans Lazar’ın (die Presse) röportajı. Atatürk ile röportaj. Çağdaş Türkiye’nin kurucusu Mustafa Kemal Paşa, Türkiye Cumhuriyeti’nin kuruluşu ve o dönemde zor olan Avrupa ilişkileri üzerine. 23 Eylül 1923. Yeni Türkiye’nin kurucusunu görmek pek de kolay değil, onunla konuşmak daha da zor. Uzun ve zorlu bir yolculuktan sonra Ankara’ya gidip, Hiçbir şey yapmadan geri dönmemek için şans ve tesadüflere bağlıdır. Yazar, Türk basın bürosunun çabaları sayesinde yeni Türkiye’nin iktidar sahibinin makamında kabul edilmeyi başardı. Röportaj TBMM’nin Başkanlık odasında gerçekleşti. Güçü ve içine dönüklüğüne rağmen Gazi Mustafa Kemal Paşa’nın kişiliği sade, özgür ve kibirsiz. Çok az zamanı olmasına rağmen, heyecan ve feyiz veren açıklamalarına 45 dakika ayırdı. Kelime iyi seçilmiş, sakin ve iyice düşünülmüş bir fikir zincirinin sonucu. Yüzünde zayıf,lık, bezginlik, hedefsizlik ve bir şeyleri sak... Devamı

Azərbaycanim-Ağdamım-Qarabağım-SUSMARAM

2013-07-04 18:18:00

AZƏRBAYCANIM - AĞDAMIM - QARABAĞIM - SUSMARAM ! Devamı

...BU YARADA QAN OLSAYDIM, OLSAYDIM, TÖKÜLÜB SİYAH OLSAYDIM, OLS

2013-06-17 02:08:00
...BU YARADA QAN OLSAYDIM, OLSAYDIM, TÖKÜLÜB SİYAH OLSAYDIM, OLS |  görsel 1

CƏNNƏTİM  QARABAĞ,  ZİNƏTİM  QARABAĞ, NƏĞMƏLƏR  GÜLÜSTANISAN, SEVGİ  DASTANISAN ! Devamı

Müslüm Gürses - Şu dağlarda kar olsaydım, olsaydım

2013-06-16 15:56:00

MÜSLÜM GURSƏS - ŞU DAĞLARDA KAR OLSAYDIM, OLSAYDIM...  https://youtu.be/3B2aVQSCoC0 Devamı

Qarabağ şikəstəsi - Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimo

2013-06-16 15:44:00

Qarabağ şikəstəsi - İfa edirlər :  Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova https://youtu.be/gYhqKahvYcY Devamı

Xan Şuşinski - Qarabağ Şikəstəsi

2013-06-16 15:31:00

Xan Şuşinski - Qarabağ Şikəstəsi Devamı

...BU YARADA QAN OLSAYDIM, OLSAYDIM, TÖKÜLÜB SİYAH OLSAYDIM, OLS

2013-06-16 15:11:00
...BU YARADA QAN OLSAYDIM, OLSAYDIM, TÖKÜLÜB SİYAH OLSAYDIM, OLS |  görsel 1

OZÜM HAQQINDA ( Bizim yaralı yerimiz  - QARABAĞ ! Mən də onun yolunda canımı - Lalə rəngli qanımı qurban verib bu torpağa qovuşmaq istəyirəm ).   Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.   Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Fəxri Xiyaban"ında dəfn edilmişdir.   Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər rus orta məktəbində riyaziyyat müəlliməsi işləmişdir.    1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.   1960 - cı il təvəllüdlü qardaşım, Oqtay İrşad oğlu Əliyev Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 - cı ilin fevral ayında iş başında vəfat etmişdir.   Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.   1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar.  2. Vaxtilə xarici... Devamı

QARDAŞ İTİRƏNLƏR QANAD İTİRİR...

2013-06-16 14:48:00
QARDAŞ İTİRƏNLƏR QANAD İTİRİR... |  görsel 1

  Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin əziz xatirəsinə həsp edirəm.   Sənin yoxluğuna inana bilmirəm. Sənin haqqında xatirə yazmaq necə də çətindir. Sənin yaşamış olduğun mənzilin qapısını hər döyəndə ürək ağrısı keçirirəm. Çünki o qapını üzümə sən açmırsan mənim Oqtay qardaşım, oxa tay qarındaşım! Nəhayət 2006 - cı ilin 27 dekabrında qələmi əlimə götürüb səninlə dərdləşmək qərarına gəldim. Küləyin müşayəti ilə ilk qar yağır. Bakı küləyi qışın soyuqluğunu daha da artırır. Sanki bu qış bizi ailəliklə sozaldan sənin yoxluğunu unutdurmaq üçün daha sərt soyuqla başladı. İŞIĞIMIZ sönüb! Həm də bu ürək sözlərimi şam işığında kağıza köçürürəm. 10 aydır ki, anam, bacım, öz ailən və səni sevənlər sənsizliyə heç bilmirəm necə tab gətiriblər? Mənim ağıllı, təmkinli, qeyrətli, vətənpərvər, yaraşıqlı qardaşım, oxa tay qarındaşım! Səndən sonra da düşməni sevindirən heç bir hərəkətə yol vermərəm. ALLAHIN köməkliyi ilə təmkinimi qoruyub saxlaya bilirəm. Daim ALLAHDAN məni namərdlər, nadürüstlər, biqeyrətlər, naxələflər qarsısında sındırmamasını xahiş edirəm, mənim əziz qardaşım, oxa tay qarındaşım! Sən heç yatdın ki, yuxu da görəsən, dincələsən, çəkdiyin əziyyətlərin bəhrəsini dadasan? Vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyün işlərdən, aldığın mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Bəzilərini dövlət sirri olduğundan, bəzilərini isə təvazökarlığından bildirməmisən. Sən də doğma Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışmısan. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüş... Devamı

MƏNİM QAÇQIN ANAM BAKIDA ÖLDÜ

2013-06-16 14:38:00
MƏNİM QAÇQIN ANAM BAKIDA ÖLDÜ |  görsel 1

  (QEYD : Vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində uzun müddət kafedra müdiri işləmiş, şair- publisist, professor Famil Mehdinin öz anasına xitabən yazdığı bu şeyir Qarabağdan qovularaq məcburi köçkünə çevrilmiş bütün insanların ürəyindən gələn sözləri ifadə edir).   Mənim qaçqın anam Bakıda öldü, Öldü " Ağdam " deyə, " Qarabağ " deyə, Bakı da həmin o Bakı deyildi, Bəs niyə yanmadı qara bəxtliyə?!   Əlimi qoymuşdu döşünün üstdə, Ürəyi şişirdi, bişirdi, Allah. Əlimin altında, o dar qəfəsdə, Ürəyi sinəsin deşirdi, Allah.   Elə bil qoşulub axar bir çaya, Axır yavaş - yavaş axırdı anam. Mən sığal çəkdikcə o ağ birçəyə, Necə yazıq - yazıq baxırdı anam.   Hardasan Dəlidağ, Qırxqızın qarı, Hardasan ey Kötəl ? - Anam yanırdı. Hərdən uzanırdı ana qolları, Qollar uzandıqca yol uzanırdı.   Qəfil göy kişnəyir, dağ yarılırdı, Qayalar kəsirdi yolları sanki. Yollar bağlanırdı, qol qırılırdı, Güllələr biçirdi qolları sanki.   Qəm yemə, ey sarvan, göydən od tökə, Səhrada köç gedə, köçün çatmaya. Dünyada ən böyük dərd budur, bəlkə, Anan ölüb, gedə, gücün çatmaya.   Allaha yalvardım : ya Pərvərdigar, Möhlət ver anama yurda dönüncə. Adilsən, qadirsən, de, nə fərqi var, Qoy yurdunda ölsün burda ölüncə.   Bir az din - imandan avara qaldım, Verən belə verdi dərsimi, neynim. Allaha yalvara - yalvara qaldım, Allah eşitmədi səsimi neynim.    Ortada qat kəsən qardaş paltarı, Qırx il qardaş deyib şivən qopardı. Qismətdi, öləndə ... Devamı

QARABAĞ HƏSRƏTİYLƏ DÖYÜNƏN ÜRƏK

2013-06-17 00:29:00
QARABAĞ HƏSRƏTİYLƏ DÖYÜNƏN ÜRƏK |  görsel 1

  Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.   Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli re... Devamı

QULAĞIMA BİR SƏS GƏLDİ...

2013-06-17 00:22:00
QULAĞIMA BİR SƏS GƏLDİ... |  görsel 1

  " Mənim qəlbim dəfinələr adasıdır. Basdırılıb burda ata, burda qardaş, burda dost da. Çəkilibdir dağ dağ üstən. Qamçılayıb zaman məni. Qovrulmuşam zaman - zaman. Ağrını da, acını da, itkini də udan zaman, Göz yaşımı ürəyimə axıtmışam. Bəzən artıb ürəyimin ağırlığı diz bükmüşəm. Ata, ata - deyə hönkürmüşəm..."   Yaşım yarım əsri keçib. Bu vaxtadək vicdanımın səsini tez - tez eşitmişəm. Həyatda üç idealım olub. Atam, Mustafa Kamal Paşa (Atatürk) və dahi Üzeyir Hacıbəyli. Bu şəxsiyyətləri kəşf etməkdə atam yardımçım olub. Uşaq ikən o, mənə rəhmətlik Tağının kitab mağazasından say - seçmə kitablar alıb gətirərdi. Ağdamda mənim on rəf kitabım var idi (Rayonumuzun erməni faşistləri tərəfindən işğalı zamanı evimizin bütün əşyaları ilə birlikdə kitablarım da düşmənin qənimətinə çevrildi). Dərslərimi hazırlayandan sonra qiraət etməyi çox xoşlayırdım. Yuxarıda adlarını çəkdiyim insanların gördükləri işlər barədə xeyli kitab oxuyandan sonra onları özümə ideal seçdim. Onların sırasında atamın yeri başqadır. Cüssəli, qamətli atam böyük bir nəslin şərəfini vəfat edənədək çiyinlərində məğrurluqla daşıyıb. Vətənin çətin günlərində el - obasının, doğma Azərbaycanın ağrı - acıları ilə yaşayıb. Babalarının, nənələrinin var - dövləti bolşevik hökuməti tərəfindən mənimsənildiyinə görə, o da ailəsi ilə birlikdə iztirablı həyat sürüb. On yaşında olarkən atası vəfat edib. Bu məsum və qeyrətli körpə ailənin bütün ağırlığını öz üzərinə götürüb. Üç qardaşını və bir bacısını yaşatmaq, oxutmaq üçün anasına söykək olub.  İkinci Dünya Müharibəsi başlayanda atamın 17 yaşı var imiş. Ağdam Rayon Hərbi Komissarlığı on... Devamı